Yevlaxda maşın kanala aşıb

11:27 - 19 Mart 2021 - HADİSƏ

Yevlaxda yol qəzası olub. 

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə gecə saatlarında rayonun Salahlı kəndi istiqamətində baş verib. İki minik avtomobilinin toqquşması nəticəsində maşınlardan biri idarəetmədən çıxaraq yol kənarındakı kanala düşüb. Maşında olan 1992-ci il təvəllüdlü Məmmədli Vüsal Nəbi oğlu xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti