Şəkidə piyadanı avtomobil vurub

20:08 - 18 Mart 2021 - HADİSƏ

Şəki rayonunda piyadanı avtomobil vurub.

Hadisə bu gün axşam saatlarında şəhər ərazisində qeydə alınıb. Belə ki, yolu keçmək istəyən yaşlı kişini "Opel" markalı avtomobil vurub.
Ağır bədən xəsarətləri alan piyada Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

​Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti