Ağstafa sakininin avtomobilində narkotik aşkarlandı

13:43 - 18 Mart 2021 - HADİSƏ

Ağstafa sakinindən narkotik götürülüb.

Ucnoqta.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinə istinadən xəbər verir ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağstafa rayon sakini A.Tağıyev şəhər ərazisində saxlanılıb.

Şəxsi axtarış zamanı üzərindən 6 qramdan artıq, idarə etdiyi “İveco” markalı avtomobildən isə 430 qram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti