Astarada 3 otaqlı ev külə döndü

09:45 - 18 Mart 2021 - HADİSƏ

Astara rayonunun Hamoşam kəndində ümumi sahəsi 160 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Xəbər xətti