Bərdədə məcburi köçkünlərin məskunlaşdığı tikilidə yanğın olub

09:30 - 18 Mart 2021 - HADİSƏ

Bərdə rayonunda yanğın hadisəsi olub.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, rayonun Qaradəmirçi kəndində ümumi sahəsi 100 m² olan məcburi köçkünlərin məskunlaşdığı birmərtəbəli tikilinin dam örtüyünün yanar konstruksiyaları 6 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Xəbər xətti