Fransada avtomobil 14-ü azyaşlı olmaqla 18 velosipedçini vurub

09:09 - 18 Mart 2021 - HADİSƏ

Fransanın mərkəzi departamenti Luarada avtomobil yerli idman klubunun 18 velosipedçisini vurub.

APA xəbər verir ki, bu barədə “France Bleu” radiosu məlumat yayıb.
İlkin məlumatlara görə, hadisə şəhərətrafı magistral yolunda baş verib. Bir qrup velosipedçi magistral yolun üzərindəki körpüdən keçərkən arxadan gələn maşın qarşı  zolağa keçmək istəyib. Bu anda sürücü ona tərəf gələn velosipedçiləri görüncə, özünü itirərək sükanı sola – idmançıların üstünə çevirib.

Qeyd edək ki, qrupdakı idmançılardan 14-nün azyaşlı olduğu bildirilir. Azyaşlılardan biri ağır yaralanıb. O, Sent-Etien xəstəxanasına aparılıb. Avtomobilin sürücüsü də xəsarət alıb.

Xəbər xətti