Bakıda mənzildə 35 yaşlı qadının meyiti aşkarlandı

21:31 - 17 Mart 2021 - HADİSƏ

Bakıda mənzildə qadın meyiti aşkarlanıb.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1986-cı il təvəllüdlü İsayeva Züleyxa Mirəhməd qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Xəbər xətti