Bakıda qadına qarşı soyğunçuluq edən şəxs saxlanıldı

11:50 - 17 Mart 2021 - HADİSƏ

Səbail rayonunda soyğunçuluq hadisəsi olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları əməliyyat keçiriblər.

Əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 24-də Z.Rəhimovanın evindən içərisində 4300 manat pul, şəxsiyyət vəsiqəsi və sosial kart olan çantasını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bərdə rayon sakini V.Vəliyev saxlanılıb.

Xəbər xətti