Bakıda iki qızı vəhşicəsinə döyüb yola atdılar

09:39 - 17 Mart 2021 - HADİSƏ

Bakının Nəsimi rayonunda iki qadın vəhşicəsinə döyülüb.

APA xəbər verir ki, hadisə Dəniz limanı yaxınlığında baş verib.

Naməlum markalı avtomobildə olan 2001-ci il təvəllüdlü Həmidli Nərmin Vəfadar qızı və 1995-ci il təvəllüdlü Züleyxa Quliyeva amansızcasına döyülüb, daha sonra yol kənarında düşürülüb.

Onlar bədənin müxtəlif hissələrinin sınığı və əziyi xəsarətləri alıb. Yaralılar 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, yaralılar xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Fakt araşdırılır.

Xəbər xətti