Sabirabadda avtoqəza zamanı 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb

22:45 - 16 Mart 2021 - HADİSƏ

Sabirabad rayonunun Nizami kəndində ağır yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul-Bəhramtəpə avtomobil yolunda qeydə alınıb.

"Kia" və "VAZ 2115" markalı avtomobillərin toqquşduğu avtoqəza zamanı bir nəfər ölüb, üç nəfər xəsarət alıb. Yaralılar Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti