Lənkəranda avtomobil ağaça çırpılıb, sürücü yaralanıb

21:09 - 16 Mart 2021 - HADİSƏ

Lənkəran rayonunda yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə Qumbaşı kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1982-ci il təvəllüdlü Şahin Fizuli oğlu Hüseynovun idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və ağaca çırpılıb. Nəticədə Ş.Hüseynov ağır bədən xəsarətləri alıb. Yaralı travmatik şok diaqnozu qoyulub və Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti