Bakıda avtomobilin vurduğu piyada xəstəxanada öldü

12:38 - 16 Mart 2021 - HADİSƏ

Bakıda yol qəzası olub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, martın 14-də saat 23 radələrində Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində Abşeron rayon sakini H.Hüseynov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən həmyerlisi İ.Şükürovu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada martın 15-də orada ölüb.

Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər xətti