Sosial şəbəkədə qadına qarşı dələduzluq edilib

12:05 - 16 Mart 2021 - HADİSƏ

Bakı şəhər sakini dələduzluqla üzləşib.

Paytaxt sakini F.Namazovaya qarşı sosial şəbəkədə dələduzluq edilib.

O, bu barədə Daxili İşlər Nazirliyinə (DİN) müraciət edib. Bildirib ki, sosial şəbəkədə tanış olduğu bir nəfər tərəfindən işə düzəldilməsi adı ilə 500 manat pulu ələ keçirilib.

Daha sonra Nizami Rayon Polis İdarəsində dələduzluq faktı araşdırılıb, ona dəymiş maddi ziyan ödətdirilib.///report

Xəbər xətti