Abşeronda avtomobil yük maşınına çırpılıb - FOTO/VİDEO

09:11 - 16 Mart 2021 - HADİSƏ

Abşeron rayonunun Xırdalan şəhərində 3 avtomobil qəzaya uğrayıb.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, yol qəzası Abşeron Rayon Polis İdarəsinin qarşısında qeydə alınıb.
“Toyoto” markalı nəqliyyat vasitəsi “Qazel” markalı maşını sağdan ötmə əməliyyatı edərkən yük avtomobilinə çırpılıb.

İdarəetmədən çıxan minik avtomobili yol kənarında hərəkətsiz dayanan “Volkswagen” markalı maşına da çırpılıb. Qəza nəticəsində “Toyoto”da olan bir nəfər xəsarət alıb.
Hadisə yerinə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.


Xəbər xətti