Hacıqabulda 18 yaşlı gənc dəm qazından zəhərləndi

22:29 - 15 Mart 2021 - HADİSƏ

Hacıqabulda dəm qazından zəhərlənmə olub.

Hadisə Hacıqabul şəhərinin M.Ə.Rəsulzadə küçəsi ev 191 ünvanında qeydə alınıb.
Həmin ünvanda yaşayan 2003-cü il təvəllüdlü Dadaşov Elşad Elşən oğlu dəm qazından zəhərlənib. E.Dadaşov Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti