Qubada zəncirvari qəza olub, dörd avtomobil toqquşub

16:59 - 15 Mart 2021 - HADİSƏ

Qubada zəncirvari yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə Quba-Xaçmaz yolunun rayonun Alekseyevka kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd ərazisində yerləşən poçt məntəqəsinin qarşısında üç "Mercedes", bir Hyundai" markalı avtomobil toqquşub.

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

 

Xəbər xətti