Ana səhifə
21 Noyabr 2018

Minsk qrupundan girovların qaytarılması məsələsinin həlli tələb edilib

"Onlar diversant deyil, mülki vətəndaşlardır və Ermənistan onları azad etməlidir"

Azərbaycan ATƏT-in Minsk qrupundan ölkəmizin işğal edilmiş Kəlbəcər rayonunda saxlanılmış iki nəfərin tezliklə qaytarılması məsələsini həll etməyi tələb edib. Bunu dünən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov kemirdiyi brifinqdə deyib. Nazir qeyd edib ki, bu cür tələbi Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşdə irəli sürüb: "Onlar diversant deyil, mülki vətəndaşlardır və Ermənistan onları azad etməlidir".
Qeyd edək ki,  Ermənistan kütləvi informasiya vasitələrində iyulun 11-də erməni xüsusi təyinatlıları tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunun Şaplar kəndində keçirilən əməliyyat zamanı Həsən Həsənov adlı bir azərbaycanlının öldürülməsi, Şahbaz Quliyev və Dilqəm Əsgərov adlı iki azərbaycanlının isə girov götürüldüyü və onlara cinayət işi açıldığı barədə məlumatlar yayılmışdı.


Samir

Tarix
15 Oktyabr 2014 [14:43]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin