Oğuzda 53 yaşlı kişi itkin düşüb

10:58 - 15 Mart 2021 - HADİSƏ

Oğuz rayonunda orta yaşlı kişi itkin düşüb.

"Report"un məlumatına görə, rayonun Padar kənd sakini 1968-ci il təvəllüdlü Rəhman Rəhim oğlu Umarov gecə saatlarında çantasını da götürərək evdən çıxıb və bir daha geri qayıtmayıb.

O, evdən gedərkən əynində boz rəngli şalvar, idman ayaqqabısı və qırmızı rəngli gödəkcə olub.

Qeyd edək ki, itkin düşən Rəhim Umarov Padar kəndində yaşlı anası ilə birgə yaşayıb. Onun hansı səbəblərdən evdən getməsi bəlli deyil.

Xəbər xətti