Bakıda yük avtomobili 41 yaşlı kişini vuraraq öldürüb

19:12 - 14 Mart 2021 - HADİSƏ

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az “Report” xəbər verir ki, hadisə “20 Yanvar” metrostansiyasının yaxınlığında baş verib. Belə ki, şəxsi avtomobilinə minmək istəyərkən 1979-cu il təvəllüdlü Səfərov Pərviz Yelmar oğlunu yük avtomobili vurub. Hadisə nəticəsində 42 yaşlı kişi yerindəcə keçinib.

Meyit müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti