Yaponiya paytaxtı üzərində yanan asteroid parçası müşahidə edilib - Foto

16:33 - 14 Mart 2021 - MARAQLI

Martın 14-nə keçən gecə Yaponiya paytaxtının sakinləri şəhər üzərində odlu şar müşahidə ediblər.

AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, bu odlu şar Tokio da daxil olmaqla Kanto regionunun səmasında gecə saat 3-dən sonra müşahidə edilib. NHK telekanalının paytaxtın Şincuku rayonunda yerləşən kameralarında ekranın sağında yuxarı hissədə meydana gələn odlu şar aşağı sol küncə doğru hərəkət edib.

​NHK telekanalının Tokionun Çyuo rayonunda yerləşən kameraları da buna bənzər kadrları qeydə alıb. Mütəxəssislərin qənaətinə görə, yerli sakinlər yerin atmosferinə daxil olarkən yanan asteroid parçasını müşahidə ediblər.


Xəbər xətti