Ana səhifə
20 Sentyabr 2018

Azərbaycan Fələstin xalqını dəstəkləyir - Rəsmi

Azərbaycanın Fələstinlə bağlı mövqeyi məlumdur - Azərbaycan Fələstin xalqını tamamilə dəstəkləyir.

Ucnoqta.azxəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə günü Bakıda rəsmi səfərdə olan fələstinli həmkarı Riyad əl-Maliki ilə danışıqlardan sonra mətbuat konfransında deyib. Onun sözlərinə görə, Azərbaycan Fələstin hökumətinə humanitar yardımı davam etdirir.

E.Məmmədyarov bildirib ki, həmçinin tərəflər təhsil sahəsində əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər: "Fələstin vətəndaşları artıq Azərbaycanın universitetlərində təhsil alırlar".

R.Malikinin səfəri çərçivəsində danışıqların yekunu üzrə iki ölkənin xarici işlər nazirləri XİN-lər arasında məsləhətləşmələr üzrə qarşılıqlı anlaşma memorandumu imzalayıblar.

 

Tarix
15 Oktyabr 2014 [14:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin