Narkotik alverçisindən 2 kiloqram heroin götürülüb

13:57 - 12 Mart 2021 - HADİSƏ

Səbail rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan şəxsdən 2 kiloqram heroin aşkar edilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə və 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan Elgün Həsənov tutulub. Onun üzərindən 2 büküm, yaşadığı evdən isə əlavə olaraq 2 kiloqramdan çox heroin aşkar edilib. E.Həsənov ifadəsində narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiyini bildirib.

Faktla bağlı saxlanılan şəxs barəsində Səbail RPİ-də Cinayət İşi başlanılıb, araşdırmalar davam etdirilir.

E.Həsənovun narkotik vasitələri əldə etdiyi mənbənin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Xəbər xətti