FHN əməliyyat görüntülərini yaydı - Video

13:00 - 12 Mart 2021 - HADİSƏ

Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Bu barədə Ucnoqta.az-a FHN-nin Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 19 yanğına çıxış və 7 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, ötən sutka ərzində köməksiz vəziyyətdə qalmış 7 nəfər xilas edilib, 4 nəfər yanğından təhlükəsiz əraziyə təxliyə edilib, 3 nəfərin meyiti isə aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Xəbər xətti