Bakıda bir yaşlı uşağın üzərinə qaynar su tökülüb

22:30 - 11 Mart 2021 - HADİSƏ

Bakının Sabunçu rayonunda azyaşlı yanıb.

APA xəbər verir ki, hadisə Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivində baş verib.

2020-ci il təvəllüdlü Mustafayev Nihad Rəşad oğlu valideyn nəzarətindən kənar çay termosuna toxunub. Termosda olan qaynar su azyaşlının üzərinə tökülüb.

Yanıq xəsarətləri alan N.Mustafayev 5 saylı yanıq mərkəzinə yerləşdirilib.

 

Xəbər xətti