Şəmkirdə yol qəzasında 3 nəfər xəsarət alıb

22:16 - 11 Mart 2021 - HADİSƏ

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Şəmkir-Gədəbəy yolunun rayonun Yasamal adlanan hissəsində qeydə alınıb.

Hərəkətdə olan iki minik maşını toqquşub. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti