Abşeronda mebel ustası dəm qazından boğulub öldü

16:09 - 11 Mart 2021 - HADİSƏ

Abşeron rayonunda bədbəxt hadisə baş verib.

Hadisə rayonun Hökməli qəsəbəsində baş verib. Gecə saatlarında qəsəbənin Koroğlu küçəsi, döngə 1-də nömrəsiz evdə Beyləqan rayon sakini, mebel ustası, 1967-ci il təvəllüdlü Abbasov Etibar Şəmil oğlu dəm qazından zəhərlənib. O xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti