Gəncədə fəhlə hündürlükdən yıxılaraq ağır xəsarət alıb

10:50 - 11 Mart 2021 - HADİSƏ

Gəncə şəhərində 25 yaşlı kişi hündürlükdən yıxılaraq xəsarət alıb.

Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Qürbət Bayramov şəhərdəki ticarət mərkəzlərindən birinin ərazisində aparılan təmir-bərpa işləri zamanı hündürlükdən yıxılaraq ağır xəsarət alıb.

O, beyin sümüyünün açıq sınığı, kəllə-beyin qansızması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti