Ana səhifə
19 Sentyabr 2018

Regionlarda qeyri-neft sektorunun inkişafı əsas məqsəddir

İnfrastruktur təminatının yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdirilib

 

 

Regionların sosial-iqtisadi inkişafını nəzərdə tutan I Dövlət Proqrammı uğurla həyata keçirildikdən sonra davamlı inkişafını təmin etmək üçün "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" qəbul edildi. Qlobal iqtisadi böhran vəziyyətinə baxmayaraq, ölkə iqtisadiyyatının diversifikasiyası və dünya iqtisadiyyatına səmərəli inteqrasiyası, bölgələrin infrastruktur və kommunal xidmətlərlə təminat səviyyəsinin və xalqın rifah halının daha da yüksəldilməsi, yeni proqramın əsas hədəfləri kimi müəyyən edildi. Bu hədəflərə çatmaq üçün makroiqtisadi sabitliyin qorunması, dinamik inkişafın davam etdirilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılması, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, ixrac yönümlü məhsul istehsalının artırılması başlıca vəzifə kimi qarşıya qoyuldu. Dövlət Proqramında müəyyən edilmiş məqsədə nail olmaq üçün birincisi, ölkənin təbii və əmək potensialından səmərəli istifadə etməklə qeyri-neft sektorunun sürətli inkişafının təmin edilməsi, ikincisi, infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsi, üçüncüsü, sahibkarlıq mühitinin yaxşılaşdırılması ilə bağlı məqsədyönlü tədbirlərin həyata keçirilməsi və sahibkarlığın inkişafının daha da sürətləndirilməsi, dördüncüsü, iqtisadiyyatın inkişafına investisiyaların cəlb olunması işinin davam etdirilməsi, beşincisi, ixracyönümlü məhsul istehsalının stimullaşdırılması, altıncı müasir tipli infrastruktur obyektlərinin yaradılması, mövcud obyektlərin beynəlxalq standartlara uyğunlaşdırılması, yeddinci,əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması, səkkizinci, əhalinin məşğulluq səviyyəsinin artırılması istiqamətində tədbirlərin davam etdirilməsi, doqquzuncu yoxsulluğun səviyyəsinin azaldılması nəzərdə tutulurdu. Dövlət Proqramında müəyyən edilmiş məqsədlərə nail olunması, eləcə də qeyd edilən vəzifələrin yerinə yetirilməsi üçün ölkədə makroiqtisadi sabitliyin davam etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Uğurla həyata keçirilən neft strategiyası Azərbaycanın beynəlxalq iqtisadi sistemə inteqrasiyasına, neft və qaz gəlirlərinin səmərəli istifadəsi nəticəsində makroiqtisadi sabitliyin qorunub saxlanmasına səbəb oub və bu sahədə tədbirlərin davamlı olaraq həyata keçirilməsinə əlverişli şərait yaradıb. 

Makroiqtisadi sabitliyi nəzərə alaraq qarşıdakı illərdə bütövlükdə iqtisadiyyatın, o cümlədən regionlarda ayrı-ayrı sahələrin inkişafının başlıca şərtlərindən biri olan orta illik inflyasiya tempinin və milli valyutanın məzənnəsinin məqbul səviyyədə saxlanılması, vergi dərəcələrinin optimal həddə müəyyənləşdirilməsi, kənd təsərrüfatı məhsulları istehsalçılarına tətbiq edilən güzəştlərin müddətinin artırılması, yeni iş yerlərinin yaradılmasının stimullaşdırılması, gömrük dərəcələrinin optimal səviyyədə saxlanılması, xarici borcların səmərəli idarə olunması siyasəti davam etdirilib. Valyuta gəlirlərinin artırılması, inflyasiya risklərinin azaldılması, monetar və büdcə-vergi siyasətinin koordinasiyasının gücləndirilməsi, dövlət xərclərinin artımının nəzarətdə saxlanılması və digər tədbirlər hesabına makroiqtisadi vəziyyətə, habelə qeyri-neft sektorunun inkişafına mənfi təsirlərin qarşısının alınması növbəti illərdə də iqtisadi siyasətin başlıca məsələləri hesab olunub. Ölkə iqtisadiyyatının dünya təsərrüfat sisteminə inteqrasiyasının sürətləndirilməsi məqsədilə gələcəkdə Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlarla, iqtisadi birliklərlə əməkdaşlığının genişləndirilməsi üçün qanunvericiliyin, standartların beynəlxalq tələblərə, o cümlədən Ümumdünya Ticarət Təşkilatının (ÜTT) tələblərinə uyğunlaşdırılması prosesi sürətləndirilib. Xarici iqtisadi siyasət istehsal olunmuş məhsulların ixracı üçün əlverişli şərait yaradılmasına, eyni zamanda, daxili bazarın haqsız rəqabətdən qorunmasına yönəlib. 

Büdcə-vergi siyasətində əsas məqsədlərdən biri qeyri-neft sektorunun dayanıqlı inkişafına, ölkənin makroiqtisadi vəziyyətinin sabit saxlanılmasına, iqtisadiyyatın səmərəli tənzimlənməsi və onun dinamik inkişafının stimullaşdırılmasına nail olmaqdan ibarətdir. Bu baxımdan qarşıdakı illərdə ölkədə istehsalın genişləndirilməsinə, rəqabət qabiliyyətli iqtisadiyyatın, infrastrukturun, əlverişli investisiya mühitinin yaradılmasına və iqtisadiyyata cəlb olunacaq sərmayələrdə ölkənin daxili resurslarının payının artırılmasına nail olunması zəruri idi. Eyni zamanda, kənd təsərrüfatına dövlət qayğısının və bu sahəyə birbaşa subsidiyaların artırılması, emal müəssisələrinin yaradılmasına investisiyaların cəlb edilməsi, qeyri-neft, qeyri-xammal sənaye sahələrinin, turizmin inkişafının təmin edilməsi 2009-2013-cü illərdə qarşıda duran prioritet istiqamətlər hesab olunub. 

Vergi sisteminin təkmilləşdirilməsi məqsədilə qarşıdakı illərdə aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub:

•    vergi dərəcələrinin optimallaşdırılması;
•    sahibkarlığın təşviqinə yönəlmiş vergi-gömrük siyasətinin     həyata keçirilməsi;
•    kənd təsərrüfatı məhsullarının istehsalçılarına tətbiq edilən     vergi güzəştlərinin müddətinin uzadılması;
•    sahibkarlara göstərilən vergi xidmətinin yaxşılaşdırılması və     əhatə dairəsinin genişləndirilməsi üçün kompyuter     terminallarının və özəl vergi məsləhəti xidmətinin     yaradılması.

 

Qarşıdakı illərdə pul-kredit siyasətində manatın rəqabət qabiliyyətliliyinin əlverişli səviyyədə saxlanmasını təmin edən məzənnə siyasətinin həyata keçirilməsinə və pul təklifi kanallarının optimallaşdırılmasına xüsusi diqqət yetirilib. Pul-kredit siyasəti makroiqtisadi sabitliyin möhkəmləndirilməsinə, o cümlədən qeyri-neft sektorunda, regionlarda məşğulluğun və istehsalın stimullaşdırılmasına, bu əsasda onun sürətli və intensiv inkişafına, real sektorda investisiya fəallığının yüksəlməsinə, iqtisadiyyatın diversifikasiyasına, yoxsulluğun səviyyəsinin azaldılmasına və əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsinə yönəlib. Azərbaycan Respublikasında pul-kredit sahəsində, o cümlədən regionlarda maliyyə xidmətlərinin inkişaf etdirilməsi üçün həyata keçirilən vahid dövlət siyasətinin başlıca məqsədləri  ölkənin valyuta ehtiyatlarının artırılması, monetar siyasət və monetar tənzimləmə alət və mexanizmlərinin təkmilləşdirilməsi və səmərəliliyinin yüksəldilməsi,  manatın sabitliyinin və tam daxili dönərliliyinin təmin edilməsi, bank sistemində maliyyə sabitliyinin qorunması, bankların regional filial şəbəkəsinin genişləndirilməsi, nağdsız ödəniş vasitələrinin (POS-terminallar, bankomatlar, info-köşklər) quraşdırılmasının sürətləndirilməsi üçün stimullaşdırıcı tədbirlərin görülməsi, sığorta və lizinq xidmətlərinin əhatə dairəsinin  genişləndirilməsi, kənd təsərrüfatında sığortanın stimullaşdırılması və inkişafı məqsədilə beynəlxalq təcrübəyə əsaslanan yeni iqtisadi metodların tətbiqi olub.

Tarix
9 Fevral 2015 [11:51]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin