İsmayıllıda şəhid ailələri ziyarət olunub- Foto

20:11 - 8 Mart 2021 - Xəbər

İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə idarə və təşkilatların, gənclərin və ictimaiyyətin nümayəndələri ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən hərbi qulluqçuların ailələrini ziyarət ediblər.

Ucnoqta.az xəbər verir ki, ziyarət zamanı xatirəsi hər birimiz üçün əziz olan şəhidlərimizin hünəri bir daha yad edilib, onların torpaqlarımızın azadlığı üçün fədakarlıqları xatırlanıb, tariximizdə əbədi qalacaqları qeyd olunub.

Ziyarətçilər 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə şəhidlərin qadın ailə üzvlərinə hədiyyələr verib, xanımların problemləri ilə maraqlanıblar.
Şəhidlərimizin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə görə təşəkkürlərini bildiriblər.


Xəbər xətti