Yevlax sakini avtomobillə həmyerlisini vuraraq öldürüb

13:21 - 8 Mart 2021 - HADİSƏ

Yevlax rayonunda yol qəzası olub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, martın 7-si saat 19 radələrində rayon sakini E.Abbasov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən həmyerlisi S.Əliyevi vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Yevlax Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Xəbər xətti