Bakıda yol qəzası olub, ölən var

12:52 - 8 Mart 2021 - HADİSƏ

Bakıda yol qəzası olub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, martın 6-da saat 23 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində qəsəbə sakinləri N.Zərbəliyevin idarə etdiyi “Niva” və H.Hacıyevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə N.Zərbəliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər xətti