Gəncədə ana və iki uşağı dəm qazından ölüb

10:08 - 8 Mart 2021 - HADİSƏ

Gəncədə ana iki uşağı ilə dəm qazından zəhərlənərək ölüblər. 

Bununla bağlı DİN-in Mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Oxu.Az-a açıqlama verib.
Onun sözlərinə görə, Məmmədova Leyla (1987-ci il təvəllüdlü), onun uşaqları  Məmmədov Murad (2014-cü il təvəllüdlü) və Məmmədova Xədicə (2015-ci il təvəllüdlü) hamamda çimərkən dəm qazından zəhərlənərək ölüblər.

Faktla bağlı araşdırma aparılır.  

Xəbər xətti