Gürcüstanda Qarabağ müharibəsi şəhidinin adına bulaq açılıb- Foto

Azərbaycanın Vətən müharibəsinin şəhidi Bilal Qənbərovun xatirəsi doğulduğu Gürcüstanın Bolnisi rayonunun Naxiduri (Arıxlı) kəndində əbədiləşdirilib.

“Report”un yerli bürosu xəbər verir ki, Naxiduri sakinlərinin öz hesabına kənddə bulaq tikilib.
Bulağın açılış mərasimində şəhidin yaxınları, kənd ziyalıları və Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları iştirak ediblər.

Gələcəkdə bulaq ətrafında parkın salınması planlaşdırılır.

Qeyd edək ki, 1993-cü il təvəllüdlü B.Qənbərov 44 günlük müharibə zamanı noyabrın 4-də Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. O, "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Tarix
7 Mart 2021 [13:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-03-07 13:00:42
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin