Türkiyənin Dini İşlər İdarəsinin sədri koronavirusa yoluxub

18:20 - 6 Mart 2021 - Xəbər

Türkiyənin Dini İşlər İdarəsinin sədri Əli Ərbaş koronavirusa yoluxub.

“Report” xəbər verir ki, bunu Ə.Ərbaş özü deyib.
Onun sözlərinə görə, COVID-19 testinin nəticəsi pozitiv çıxıb. “Çox şükür, ümumi vəziyyətim yaxşıdır. Dincəlirəm. Yüngül keçirmək nəsib olar, inşallah. Dualarınızı gözləyirəm. Bu vəsilə ilə keçmiş olsun diləklərini göndərən hər kəsə təşəkkür edir, bütün xəstələrə Allahdan şəfa diləyirəm”.

Xəbər xətti