Vilayət Eyvazovdan DYP-də yeni TƏYİNAT

08:49 - 6 Mart 2021 - Xəbər

Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin Yol Patrul Xidməti bölüyünə yeni rəis təyin edib.

Ucnoqta.az xəbər verir ki, nazirin əmri ilə polis mayoru Fəqan İsmayılov Şəmkir rayon DYPB-nin rəisi vəzifəsindən azad olunaraq Sumqayıt şəhər DYPŞ-in YPX bölməsinə rəis təyin olunub.

Sumqayıt şəhər DYPŞ-in YPX bölməsinin rəisi Vüqar Qasımov isə nazirin əmri ilə sərəncama göndərilib.

Xəbər xətti