ABŞ İranla bağlı bu qadağanı götürdü

20:45 - 5 Mart 2021 - DÜNYA

ABŞ İranın İraq banklarındakı aktivlərinə qoyulmuş qadağanın götürülməsinə icazə verib.

Axar.az xəbər verir ki, bu barədə İran-İraq Ticarət Palatasının direktorlar şurasının üzvü Seyid Həmid Hüseyni Tvitter hesabında yazıb.

“Etibarlı İraq mənbələri bildirirlər ki, ABŞ İranın İraq Kommersiya Bankındakı aktivlərinə qoyulan qadağanın aradan qaldırılması ilə bağlı razılıq verib”, - Hüseyni bildirib.
Hüseyni artıq ilk transaksiyaların həyata keçirildiyini bildirib.

Xəbər xətti