Balakəndə yas mərasimi keçirənlər cərimələnib - Foto

17:21 - 5 Mart 2021 - HADİSƏ

Balakən Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən tədbir zamanı  Kortala kəndi ərazisində yerləşən evlərin birində karantin rejimi qaydalarının pozularaq yas mərasimi təşkil edildiyi müəyyən olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən mərasim dayandırılıb.

Ölkədə elan edilən xüsusi karantin rejimi qaydalarını pozduqları üçün mərasimi təşkil edənlər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək, cərimə olunublar.

 


Xəbər xətti