Ana səhifə
12 Dekabr 2018

Leyla Əliyeva Putinlə eyni tədbirdə - FOTOLAR

Dünən Kreml Sarayında Rusiyanın ən nüfuzlu ali məktəblərindən biri - Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (Universiteti) (MDBMİ) 70 illik yubileyi münasibətilə təntənəli gecə keçirilib.

 

 

 

Ucnoqta.az” AzerTac-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, MDBMİ-nin Azərbaycan Məzunları Assosiasiyasının sədri Leyla Əliyeva tədbirdə iştirak edib. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Azərbaycanın MDBMİ məzunlarından ibarət mötəbər nümayəndə heyəti də Kreml Sarayında olub.

 

Təbrik nitqi ilə Forum iştirakçılarına müraciət edən Rusiya Prezidenti Vladimir Putin vurğulayıb ki, dünyada münaqişə potensialının artdığı, köhnə ziddiyyətlərin kəskinləşdiyi, yeni böhranların yarandığı bir vaxtda MDBMİ məzunları bu ali təhsil ocağında öyrətdikləri kimi, öz işini mükəmməl bilərək, savadlı, səmərəli və ləyaqətlə fəaliyyət göstərirlər.

 

Universitetin rektoru Anatoli Torkunov vurğulayıb ki, Forum 2013-cü ildə Bakıda başlanan ənənənin davamıdır. O vaxt Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə MDBMİ məzunlarının birinci Forumu keçirildi. Rektor Forum iştirakçılarına universitetin son illərdə qazandığı uğurlardan - yeni müasir tədris korpusunun açılmasından, yeni fakültə və kafedraların yaradılmasından, MDBMİ Məzunları Assosiasiyasının və İnkişaf Fondunun fəaliyyətinin modernləşdirilməsindən söz açıb.

 

Rəsmi hissədən sonra Rusiya və xarici estrada ulduzlarının iştirakı ilə qala-konsert olub. MDBMİ-nin yaradılması və inkişafı tarixini əks etdirən film nümayiş etdirilib.

 

Rusiya Federasiyası Federasiya Şurasının sədri Valentina Matviyenko, Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi və Rusiyanın digər tanınmış siyasi və ictimai xadimləri təntənəli gecənin qonaqları arasında olublar.

 

Tarix
15 Oktyabr 2014 [14:04]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin