Ölkəmizdə su ehtiyatları peyk təsvirləri vasitəsilə tədqiq ediləcək

“Azərkosmos”da “Virtual Azerbaijan Group of Companies”in təşəbbüsü ilə su ehtiyatlarının qiymətləndirilməsinə dair görüş keçirilib.

Qurumdan Oxu.Az-a verilən məlumata əsasən, görüşün əsas məqsədi Azərbaycanda su ehtiyatlarının peyk təsvirləri vasitəsilə tədqiqatı, yeraltı su qaynaqları haqqında əldə olunan məlumatın analizi və düzgün şəkildə emalı olub.
Tərəflər ölkəmizin su ehtiyatlarının peyk təsvirləri və 16 müxtəlif parametr üzrə tədqiq edilməsi barədə müzakirələr aparıblar.

Qeyd edilib ki, hazırda ölkəmizdə yeraltı su ehtiyatlarını təyin etmək üçün ənənəvi üsullardan istifadə olunur. Bu isə həm zaman, həm də maliyyə baxımından artıq resurs tələb edir.
“Azersky” peyk təsvirlərindən, müasir analiz və monitorinq alətlərindən istifadə etməklə ölkəmizdə su ehtiyatlarının, xüsusilə yeraltı suların yerini 80-95 faiz dəqiqliklə təyin etmək mümkün olacaq. Bu da öz növbəsində ölkəmizdə su ehtiyatları və onların səmərəli istifadəsinə gətirib çıxaracaq.

Tarix
5 Mart 2021 [15:29]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-03-05 15:29:32
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin