Türkiyəyə səfər edəcək şəxslərin NƏZƏRİNƏ: Müddət uzadıldı

13:46 - 4 Mart 2021 - Xəbər

COVID-19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində Türkiyəyə quru, dəniz və hava yolu ilə səfər edəcək şəxslərdən son 72 saat ərzində götürülmüş neqativ SARS-CoV-2 PCR testi ilə bağlı tələbin müddəti uzadılıb.

APA-nın Türkiyənin Azərbaycandakı səfirliyinə istinadən verdiyi xəbərə görə, müddət 15 aprel 2021-ci il tarixinədək uzadılıb.
Bildirilib ki, neqativ test təqdim edə bilməyənlərə tətbiq ediləcək karantin şərtləri də qüvvədə qalıb.  

Xəbər xətti