Lənkəranda oğul atasını BIÇAQLADI

21:38 - 3 Mart 2021 - HADİSƏ

Lənkəran şəhərində bıçaqlanma hadisəsi baş verib. 

Hadisə şəhər ərazisində qeydə alınıb. 
1972-ci il təvəllüdlü Vidadi Hüseynov yaşadığı evdə oğlu Əliqismət Hüseynov tərəfindən bıçaqlanıb. Xəsarət alan ata döş qəfəsinin daxilinə nüfuz edən kəsilmiş-deşilmiş yara diaqnozu ilə  Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Atasına bıçaq xəsarəti yetirən oğlun keçmiş məhkum olduğu bildirilir. 
Faktla bağlı araşdırma aparılır./Apa

Xəbər xətti