Ana səhifə
22 Sentyabr 2018

Azərbaycan avtomobil idxalını azaldıb

Azərbaycan 2014-cü ilin yanvar-sentyabr aylarında 47 984 ədəd avtomobil idxal edib. 2013-cü ilin müvafiq dövründə bu rəqəm 75 502 ədəd olub. Ucnoqta.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin statistik hesabatında deyilir.

İdxal edilən avtomobillərin 43 496 ədədi insanların daşınması üçün nəzərdə tutulmuş avtomobil və motorlu nəqliyyat vasitələrinin payına düşüb. 2013-cü ilin yanvar-sentyabr aylarında bu göstərici 68 487 ədəd təşkil edib.

Azərbaycan 2013-cü ildə 104 385 ədəd avtomobil idxal etmişdi. Bu rəqəm 2012-ci ildə 101 255 ədəd olub. İdxal edilən avtomobillərin 94 879-u insanların daşınması üçün nəzərdə tutulmuş avtomobil və motorlu nəqliyyat vasitələrinin payına düşüb. 2012-ci ildə isə bu göstərici 89 652 ədəd təşkil edib.

Bundan başqa, hesabat dövründə ölkəyə 3946 yük avtomobili idxal edilib. Bu rəqəm ötən ilin eyni dövründə 5661 ədəd olub. İdxal olunan avtomobillərin qalan hissəsi digər nəqliyyat vasitələrinin payına düşüb.

Qeyd edək ki, 2013-cü ildə ölkəyə 7823 yük avtomobili idxal edilmişdi. 2012-ci ildə bu rəqəm 9433-ə bərabər olub.

 

Tarix
15 Oktyabr 2014 [21:53]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin