Azərbaycanın Xalq artistinə ağır itki üz verib

08:24 - 3 Mart 2021 - HADİSƏ

Azərbaycanın Xalq artisti, teatr və kinoaktyoru Fəxrəddin Manafovun həyat yoldaşı Vahidə Sadıqova vəfat edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran Hüseynov instaqram sosial şəbəkəsindəki hesabında bildirib. Vahidə Sadıqova bu gün 65 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.

Xatırladaq ki, Vahidə Sadıqova Azərbaycan dövlət televiziyasının diktoru olub.

Xəbər xətti