Sumqayıtda ödəniş terminalı qarət edilib - Foto

19:54 - 2 Mart 2021 - HADİSƏ

Sumqayıtda oğurluq olub.

Hadisə şəhərin Corat qəsəbəsində qeydə alınıb. Qəsəbədə yerləşən “Vüsal” marketə daxil olan naməlum şəxs və ya şəxslər oradakı "Milliön" ödəmə aparatını sındıraraq pul kassasını oğurlayıblar. Aparatdan aparılan pul vəsaitinin məbləği hələ müəyyənləşməyib.

Hadisə ilə bağlı polisə məlumat verilib.
Faktla bağlı araşdırma aparılır.///Apa

Xəbər xətti