Ərdoğan Azərbaycanla Türkiyə arasında preferensial sazişi təsdiqləyib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”ni təsdiqləyib.

Trend-in məlumatına görə, R.T.Ərdoğanın imzaladığı qərara əsasən, saziş qüvvəyə minib.
Qeyd edək ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi” 2020-ci ilin fevralın 25-də Bakıda imzalanıb.

Sazişdə 15 mal qrupu üzrə hər iki ölkə arasında həm kvota, həm də rüsumun sıfıra endirilməsi əksini tapıb.

Tarix
2 Mart 2021 [09:46]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-03-02 09:46:37
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin