Sabunçuda oğurlanan avtomobil Bərdədə tapıldı

20:19 - 1 Mart 2021 - HADİSƏ

Paytaxtın Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinə müraciət edən Naxçıvan şəhər sakini A.Ağalarov fevralın 24-dən 27-dək olan müddətdə Bakıxanov qəsəbəsindən “Ford” markalı avtomobilinin qaçırıldığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Cəlilov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyənləşdirilərək Bərdə rayonu ərazisində avtomobillə birgə saxlanılıb.

Faktlarla bağlı rayon polis idarəsində araşdırma aparılır.

Xəbər xətti