Ana səhifə
14 Noyabr 2018

Xırdalanda partlayan binadan - Video reportaj

Sentyabrın 8-də Xırdalan şəhərində parlayış baş verən bina təmir olunur.

 

 

Ucnoqta.az” xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, hazırda binanın divarlarının çöl hissəsi ağ rəngdə emulsiyalanıb. Partlayış baş verən blokun bir hissəsi tamamilə uçurulub və köməkçi dirəklər quraşdırılıb.

 

Binanın partlayış nəticəsində uçan hissəsinə giriş bağlanıb. Blokun qapısı və mənzillərin pəncərələri hörülüb. Parlayış olan blokun pilləkənlərdən sol hissəsində yerləşən mənzillər qalır. Amma bu mənzillərdə yaşayışa icazə verilməyəcək. Çünki binanın həmin hissəsi videodan göründüyü kimi qəzalı vəziyyətdədir. Bu mənzillərdən əşyalar da tam çıxarılmayıb. Amma yenə də ümumi görünüş üçün binanın bu hissəsinin də çöl divarları suvaqlanıb.

 

Partlayış olan blokdan soldakı iki blokun bütün mənzilləri təmir olunub. Tavan və töşəmə yeni salınıb. Evlər lüstur və digər lazımı avadanlıqlarla təmin olunub. Mənzillərə yeni qapı və pəncərələr quraşdırılıb. Yaxın vaxtlarda hazırda çadırda yaşayan sakinlərin evlərinə köçürüləcəyi bildirilir. Binanın dam örtüyü də dəmir laylarla əvəzlənib, blokların qarşısı isə asfaltlanıb.

 

Qeyd edək ki, partlayışdan sonra Fövqəladə Hallar Nazirliyi binanın qəzalı vəziyyətdə olduğunu və tezliklə söküləcəyini açıqlamışdı. Lakin “QaçqınKom” binada yaşayan sakinlərin hamısını yeni evlə təmin etmək imkanı olmadığına görə onları hazırda Xırdalan qəsəbəsində çadırlarda yerləşdirib. Təmir işləri başa çatdıqdan sonra sakinlər öz evlərinə qaytarılacaq. Xatırladaq ki, binada Qubadlıdan olan məcburi köçkünlər məskunlaşmışdı.

 

Partlayış nəticəsində 3 nəfərin cəsədi binadan çıxarılmışdı. Səkkiz nəfər isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib. Yaralılardan biri Vidadi İsmayılov isə sentyabrın 13-də vəfat edib.

Tarix
15 Oktyabr 2014 [13:25]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin