Dövlət şəhid ailələri və qazilərə hər zaman diqqət və qayğı göstərir

11:12 - 1 Mart 2021 - Cəmiyyət

 Sentyabrın 27-də  Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif silah növlərindən atəşə tutdu.

Azərbaycan Ordusunun bölmələri erməni təxribatçılarına layiqli cavab verdi. Həmin gün başlanan Vətən müharibəsi 30 ilə yaxın davam edən erməni işğalına son qoydu. Torpaqlarımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşməndən azad olundu. 2020-ci il noyabr ayının 10-da Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının birgə bəyanatı imzalandı. Ermənistan Kaputulyasiya aktına imzalamağa məcbur oldu. Azərbaycanın igid oğulları 44 günlük Vətən Müharibəsində  böyük qəhrəmanlıq göstərdilər. Bu haqq savaşında şəhidlərimiz, yaralılarımız da oldu.

Ali Baş Komandanımızın dediyi kimi: “Ermənistan ordusunu 44 günə məhv etdik, onların əsrlər boyu yaratdıqları mifləri darmadağın etdik. Göstərdik ki, müzəffər xalq Azərbaycan xalqıdır. Göstərdik ki, döyüşkən xalq Azərbaycan xalqıdır. Onlar bizim qabağımızda diz çökdülər”.

Müharibədən sonra şəhid olmuş qəhrəmanlarımızın ailə üzvlərinə və müharibə iştirakçılarına Prezident İlham Əliyevin tapşırığına əsasən aidiyyəti qurumlar tərəfindən qayğı və diqqət göstərilməyə başladı.

Belə ki, Azərbaycan Prezidenti “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncam imzalayıb. Bu da həmin kateqoriyadan olan əhali qruplarına dövlət başçısının xüsusi qayğısının növbəti təzahürüdür.

Sənəd 2020-ci ildə Ordumuzun həyata keçirdiyi hərbi əməliyyatlar zamanı şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızın ailələrinin və bu müharibə ilə əlaqədar əliliyi müəyyən edilən şəxslərin də yaxın dövrdə mənzil və ya fərdi evlə təminatını nəzərdə tutur.

Şəhid ailələri və müharibə iştirakçılarının sosial rifahının, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində müfafiq addımlar atılır. Müharibədən sonrakı dövrdə bu kateqoriyalardan olan 2500 şəxs (o cümlədən 1200-ə yaxın şəhid ailəsi üzvü) aktiv məşğulluq proqramları ilə əhatə olunub. Bu günədək 2837 şəhidin 7000-dən çox ailə üzvünə Prezidentin aylıq təqaüdü, pensiya və müavinət təyin edilib.

Fevral ayının 25-də Ramanada ölkə başçımızın iştirakı ilə 1512 mənzildən ibarət kompleksin açılması şəhid ailələrinə və müharibə əlillərinə göstərilən qayğının daha bir bariz nümunəsidir. Bu kompleksdə doqquzmərtəbəli 30 bina tikilib. Ümumilikdə 1512 mənzildən ibarət kompleks bütün zəruri sosial infrastrukturla təchiz edilib. Ərazidə məktəb, uşaq bağçası, klub-icma mərkəzi inşa olunub.

Prezident İlham Əliyev ölkə Prezidenti seçildikdən sonra keçən 17 il ərzində digər vədləri kimi bu vədinə də ən yüksək səviyyədə əməl edir, daim xalqın yanında olduğunu, onların problemlərinin həlli üçün əlindən gələni edir.

Prezident İlham Əliyev yaşayış kompleksinin açılışında şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüşündə dövlətimizin siyasətinin mərkəzində insan amilinin dayandığını bildirib: “Dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir. Mənim bu sahədəki siyasətim birmənalıdır. Son 17 il ərzində şəhid ailələri ilə müxtəlif tədbirlərdə dəfələrlə görüşmüşəm. Bu günə qədər 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. Təkcə keçən il 1572 mənzil verilibdir. Bu il isə 3 minə yaxın mənzil veriləcək. Beləliklə, həm Birinci, həm İkinci Qarabağ müharibəsində şəhid olmuş övladlarımızın Bakıda, Sumqayıtda, Abşeronda və digər rayonlarımızda yaşayan bu imtiyazlı ailələrə bu ilin sonuna qədər mənzillər veriləcək”.

Kompleks bütün zəruri sosial infrasturuktirla təchiz edilib. Qarşıdakı illərdə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 2000 dən çox şəhid ailəsi və müaharibə əlili mənzillərlə təmin olunacaqdır.

Cənab Prezident, Ali Baş Komandanımızın dediyi kimi: “Bizim bu sahədəki siyasətimiz birmənalıdır. Bu siyasət mənəvi normalara əsaslanır və Vətən uğrunda canından keçmiş insanların yaxınları dövlət tərəfindən bundan sonra da qayğı ilə, diqqətlə əhatə olunacaqlar. Son illər müavinətlərin, pensiyaların məbləğinin artırılması göz qabağındadır. Azərbaycan dövləti bu siyasəti bundan sonra da davam etdirəcək”.

Biləsuvar rayon İsmətli kənd
X.Qafarov adına tam orta məktəbin direktoru
Bəhruz Nəbili

Xəbər xətti