“Çelsi” - “Mançester Yunayted” oyununda qalib müəyyənləşməyib

22:36 - 28 Fevral 2021 - İDMAN

İngiltərə Premyer Liqasında XXVI turun mərkəzi oyunu paytaxt Londonda keçirilib.

Apasport.az saytının məlumatına görə, Tomas Tuxelin gəlişindən sonra yüksəlişə keçən “Tottenhem” ikinci pillədəki “Mançester Yunayted”i qəbul edib.

“Çelsi” matça 9, “Mançester Yunayted” isə 8 oyunluq məğlubiyyətsizlik seriyası ilə çıxıb. “Zadəganlar” buna qədər bütün turnirlərdəki son görüşlərində 7 qələbə, 2 heç-heçəlik, “qırmızı şeytanlar” isə 4 qələbə, 4 heç-heçəlik nəticəyə imza atmışdı.

“Stemford Bric”dəki qarşılaşmada qolsuz bərabərlik qeydə alınıb. Yalnız lider “Mançester Siti”dən geri qalan “Mançester Yunayted”in aktivində 50 xal varsa, 5-ci pillədəki “Çelsi” 44 xala malikdir.

Xəbər xətti