Füzulidə avtomobil su kanalına düşüb - FOTO

20:32 - 28 Fevral 2021 - HADİSƏ

Füzuli rayonunda hərəkətdə olan "VAZ 2107" markalı avtomobil su kanalına aşıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Araz Dilağarda kəndi ərazisində qeydə alınıb.

Su kanalına aşan avtomobilin sürücüsü ilkin ifadəsində hərəkətdə olduğu zaman naməlum şəxsin avtomobillə onu vurub qaçdığını deyib. Sürücü xəsarət almasa da, avtomobil yararsız hala düşüb.


Xəbər xətti